AQTA sosial şəbəkələrdə “Tea By Gunay” və “Metobix” adı ilə “arıqlama çayı” kimi təqdim edilən məhsulların satışını aşkarlayıb.
Məlumata görə, çaylar ev şəraitində qablaşdırılıb və heç bir müvafiq icazə sənədi olmadan onlayn satılıb. Satıcıların özlərini həkim-dietoloq kimi təqdim etdikləri də bildirilib.
☕ Məhsullardan nümunələr laborator müayinəyə göndərilib. Qanunsuz sahibkarlıq və tibbi fəaliyyətlə bağlı araşdırma başladılıb.
@insanoidcom

