Fransada saxlanılan 18 yaşlı dəstə rəhbərinin 26 nəfərə qarşı hücumlar təşkil etməyi planlaşdırdığı ehtimal olunur.
Cinayətkarların telefonlarında aşkar edilən məlumatlar arasında biznesmenlərin, tanınmış repçinin və Madrid “Real”ının futbolçusu Kilian Mbappenin ünvanlarının da olduğu bildirilir.
“Le Parisien”in məlumatına görə, şübhəli şəxs daha əvvəl narkotik və zor tətbiq etməklə quldurluqla bağlı işlər üzrə məhkum edilib. Araşdırma zamanı onun həbsdə olmasına baxmayaraq, Snapchat tətbiqindən istifadə edərək cinayətkar şəbəkəni idarə etməyə davam etdiyi müəyyənləşib.
@insanoidcom

