Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub Bu barədə… — Insanoid — TG.ME

❗️"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub

Bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo" (Kiyev, Ukrayna) ilə cavab oyununda zədələnən müdafiəçinin əməliyyatı uğurla başa çatıb.

Avqustun 13-də keçirilən qarşılaşmada zədə alan futbolçunun sol budunun arxa əzələ qrupuna (hamstring) daxil olan yarımvətərli əzələsinin distal vətərində zədələnmə aşkarlanıb.

@insanoidcom
❤1
September 2, 2026 530 1