MİDA adı ilə dələduzluğa görə saxlanılan xanımlardan biri tanınmış… — Insanoid — TG.ME

🚨🚨 MİDA adı ilə dələduzluğa görə saxlanılan xanımlardan biri tanınmış həkimdir

👩‍⚕️ MİDA-nın “Güzəştli mənzil” sistemi ilə bağlı dələduzluğa görə saxlanılan 33 yaşlı Günay Lətifovanın tanınmış həkim, o cümlədən estetik həkim olduğu məlum olub.

💻 Araşdırmaya görə, Günay Lətifova və 43 yaşlı Şükufə Mirzəyeva süni intellekt proqramlarından istifadə edərək MİDA-nın adından saxta alqı-satqı və ipoteka müqavilələri hazırlayıblar.

💰 Onlar vətəndaşlara güzəştli mənzilləri növbədənkənar əldə etməyə kömək edəcəklərini vəd edərək saxta sənədləri 1000-9000 manat qarşılığında təqdim ediblər.

📄 Şükufə Mirzəyevanın evindən MİDA-nın adından hazırlanmış 472 saxta müqavilə aşkarlanıb.

⚖️ Hər iki şəxs təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub və barələrində həbs qətimkan tədbiri seçilib.

⚠️ DİN və MİDA vətəndaşlara xəbərdarlıq edib ki, güzəştli mənzillərlə bağlı yalnız rəsmi elektron xidmətlərdən istifadə etsinlər və “növbədənkənar mənzil” vədlərinə inanmasınlar.

@insanoidcom
❤1👍1🤯1😱1
September 2, 2026 336