OpenAI haqqında “Artificial” filmindən ilk rəsmi kadr yayımlanıb Luka… — Insanoid — TG.ME

🎬❕OpenAI haqqında “Artificial” filmindən ilk rəsmi kadr yayımlanıb

Luka Quadaninonun rejissoru olduğu “Artificial” filmindən ilk rəsmi kadr təqdim olunub. Kadrlardan birində Endryu Qarfildin canlandırdığı Sem Altman Yura Borisovun oynadığı İlya Sutskeverlə birlikdə görünür.

Film OpenAI-də 2023-cü ildə baş verən və Altmanın direktor vəzifəsindən uzaqlaşdırılaraq bir neçə gün sonra yenidən işə qaytarılması ilə nəticələnən böhranı ekranlaşdırır.

“Artificial”in dünya premyerası 5 oktyabr 2026-cı ildə Nyu-York Film Festivalı çərçivəsində, Linkoln Mərkəzinin Alice Tully Hall zalında keçiriləcək.

@insanoidcom
👍1
September 2, 2026 522