Qazaxıstana səfər edən bəzi xarici vətəndaşlardan QazETA (Kazakhstan Electronic Travel Authorization) sistemi vasitəsilə elektron giriş icazəsi almaq tələb olunacaq.
“RİA Novosti”nin QazETA platformasının operatoruna istinadən verdiyi məlumata görə, sistem hazırda pilot rejimdə fəaliyyət göstərir.
Elektron icazənin ödənişli olub-olmayacağı hələlik dəqiqləşdirilməyib. Qazaxıstan Daxili İşlər Nazirliyi mümkün ödənişin rəqəmsal infrastrukturun saxlanılması və inkişafının maliyyələşdirilməsi ilə bağlı olduğunu bildirir.
Qeyd edək ki, QazETA viza deyil və ölkələr arasında mövcud vizasız gediş-gəliş rejimini ləğv etmir.
@insanoidcom
