İran ABŞ-yə və onun kommersiya tərəfdaşlarına qarşı genişmiqyaslı sanksiyalar proqramının icrasına başlayıb.
Yeni sanksiya siyasəti çərçivəsində Tehran Hörmüz boğazına nəzarət imkanlarından istifadə edərək, naviqasiya qaydalarını pozmaqda ittiham olunan 56 neft tankerini qara siyahıya salıb. İranın müvafiq qurumu bildirib ki, bu gəmilər gələcəkdə boğazdan keçməyə cəhd edərsə, cərimə, saxlanılma və ya müsadirə ilə üzləşə bilərlər. Həmçinin siyahıdakı gəmilərlə əməkdaşlıq edən digər şirkət və gəmilərin də qara siyahıya salınacağı açıqlanıb.
İran mediası bu addımın ABŞ-də dizel yanacağının qiymətinin rekord həddə yüksəlməsi, Qətərin qaz ixracının 90% azalması və Səudiyyə Ərəbistanının neft ixracının son 9 ilin ən aşağı səviyyəsinə düşməsi fonunda atıldığını bildirir.


