Ukraynalılara evdə 7–12 günlük ərzaq və su ehtiyatı saxlamaq tövsiyə… — Insanoid — TG.ME

🇺🇦 Ukraynalılara evdə 7–12 günlük ərzaq və su ehtiyatı saxlamaq tövsiyə olunub

Kiyev şəhərinin Dövlət İstehlak Xidmətinin rəhbəri Anatoli Katerençuk ölkə sakinlərinə mümkün fasilələrə hazır olmaq üçün evdə 7–12 günlük içməli su və əsas ərzaq ehtiyatı saxlamağı tövsiyə edib.

Onun sözlərinə görə, Rusiya zərbələri yalnız kritik infrastruktura deyil, logistika anbarlarına da yönəldiyi üçün vəziyyət qısa müddətdə dəyişə bilər.
Katerençuk bildirib ki, bir ay və daha çox müddət üçün ərzaq toplamağa ehtiyac yoxdur. Onun sözlərinə görə, hazırda Ukraynada sistemli ərzaq qıtlığı yoxdur və bəzi məhsullar müvəqqəti olaraq mağazalarda tükənsə, onların idxal hesabına əvəzlənməsi mümkündür.

O, xüsusilə içməli su ehtiyatının vacibliyini vurğulayıb. Ərzaqların isə son istifadə müddəti və saxlanma şəraiti nəzərə alınmaqla seçilməsini tövsiyə edib.

@insanoidcom
❤1
September 1, 2026 377 2