Polşada Azərbaycanın turizm şirkətinin rəhbəri dələduzluqda ittiham… — Insanoid — TG.ME

🇵🇱🚨🚨 Polşada Azərbaycanın turizm şirkətinin rəhbəri dələduzluqda ittiham olunaraq saxlanılıb

Polşada Azərbaycanın iri turizm şirkətlərindən biri olan Flyblast şirkətinin rəhbəri Rövşən Abdullayev saxlanılıb.

Məlumata görə, Abdullayev Azərbaycan hüquq-mühafizə orqanlarının tələbi ilə beynəlxalq axtarışa verilib. O, müştərilərin ümumilikdə təxminən 1 milyon manatını dələduzluq yolu ilə mənimsəməkdə ittiham olunur.

Təxminən 100 əməkdaşı olan Flyblast Agency Travel aviabiletlərin və tur paketlərinin satışı, viza dəstəyi və transfer xidmətləri göstərib. Lakin şirkətin fəaliyyəti dövründə onlarla vətəndaşın aldadılaraq maddi zərərə uğradığı bildirilir.

Zərərçəkənlərin müraciətləri əsasında Xətai Rayon Prokurorluğunda Abdullayev barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq)308-ci (vəzifədən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Xaricdə gizləndiyi üçün məhkəmə onun barəsində qiyabi həbs qərarı çıxarıb.
Hazırda Abdullayev Polşada həbsdədir və onun Azərbaycana ekstradisiyası proseduruna başlanılıb. Təqsiri məhkəmədə sübuta yetiriləcəyi və dəymiş zərərin ödənilməyəcəyi təqdirdə, onu 14 ilədək həbs cəzası gözləyə bilər.

Qeyd edək ki, daha əvvəl turizm sektorunda AID Group şirkəti ətrafında da dələduzluq qalmaqalı baş vermiş, şirkətin rəhbərləri Nigyar Fərhad və onun həyat yoldaşı Samir Yəhya­zadə istintaqa cəlb olunmuşdu.

@insanoidcom
❤1👍1🙏1
September 1, 2026 109