❕🇦🇿Bakıda yaşayan Sergey: "Azərbaycanlılar çox mehribandırlar"
Bakıda məskunlaşan Sergey adlı rusiyalı gənc "Instagram" hesabında paytaxtda qarşılaşdığı diqqətəşayan hadisələri izləyiciləri ilə bölüşüb. O, Bakı sakinlərinin çətin anlarda ona necə əl tutduğundan bəhs edib.
Azərbaycanlı xanımla ailə həyatı quran Sergeyin sözlərinə görə, qızı ilə birgə kafedə olarkən hesab ödənişi zamanı problem yaranıb — nağd pulu olmadığı halda kafedə ödəniş terminalı da işləməyib. Hadisədən xəbərdar olan ofisiant gəncə hesabı tamamilə ödəməməyə icazə verib.
Oxşar hadisə bankda da təkrarlanıb: müraciət etdiyi bankın əməkdaşı öz şəxsi vəsaitindən onun hesabına pul köçürərək köməklik göstərib.
Sosial şəbəkə istifadəçisi Bakı sakinlərinə göstərdikləri bu səmimi münasibətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirib.
@insanoidcom
2
1
1
1September 1, 2026 234 2