Bu gün İkinci Dünya Müharibəsinin başlamasının 87-ci ildönümü qeyd… — Insanoid — TG.ME

👨Bu gün İkinci Dünya Müharibəsinin başlamasının 87-ci ildönümü qeyd olunur.

1939-cu il sentyabrın 1-də səhər saat 04:40 radələrində nasist Almaniyasının "Luftwaffe" aviasiyası hərbi hədəf olmayan Vyelun şəhərinə qəfil hava zərbələri endirərək İkinci Dünya Müharibəsinin ilk mülki qurbanlarına səbəb oldu.

Həmin gün saat 04:45-də Almaniyanın "Schleswig-Holstein" təlim gəmisi Qdansk limanındakı Vesterplat hərbi tranzit depotuna atəş açdı və bu, müharibənin ilk quru döyüşü olaraq tarixə düşdü.

Sentyabrın 1-də Azad Qdansk şəhərindəki Polşa Poçt İdarəsinin əməkdaşları alman hücumlarına qarşı qəhrəmancasına müqavimət göstərərək binanı bir gündən artıq müdafiə etdilər.

@insanoidcom
🤯2👍1😁1
September 1, 2026 132