Moskvanın Marino rayonunda Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralının yaxınlığında 29 yaşlı kişi insanlara hücum edib. O, daha sonra hadisə yerinə çağırılan təcili tibbi yardım əməkdaşlarına da hücum edərək feldşeri bel ilə başından ağır yaralayıb.
Feldşer ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, onun kəllə-beyin travması və kəllə əsası sınığı var. Hadisə zamanı daha iki nəfərin də xəsarət aldığı bildirilir.
Hücum edən şəxsi hadisəni görən yoldan keçən şəxs travmatik tapançadan açdığı atəşlə yaralayıb. Kişi aldığı yaralardan hadisə yerində ölüb. Atəş açan şəxs polis tərəfindən saxlanılıb və onun silaha qanuni sahib olub-olmadığı araşdırılır.
İlkin məlumatlara görə, ölən şəxs psixonevroloji dispanserdə qeydiyyatda olub və hadisədən əvvəl hallüsinasiyalar gördüyünü, səslər eşitdiyini bildirib.
@insanoidcom



