Sentyabrın 1-dən sənaye məqsədli balıq ovuna tətbiq olunan moratorium başa çatıb.
Xəzər dənizi, Kür çayı, Sarısu gölü, həmçinin Mingəçevir, Şəmkir, Araz və Yenikənd su anbarlarında müəyyən edilmiş qaydalara uyğun balıq ovuna icazə verilir.
Balıqçılar su bioresurslarının qorunması və müəyyən olunmuş qaydalara əməl etməyə çağırılıb.