Özünün hazırladığı pilotsuz avtomobili sınaqdan keçirərkən polis… — Insanoid — TG.ME

🚛Özünün hazırladığı pilotsuz avtomobili sınaqdan keçirərkən polis maşınına çırpıldı

Pakistanın paytaxtı İslamabadda yerli ixtiraçının hazırladığı pilotsuz avtomobilin sınağı uğursuz nəticələnib.

İnternet üzərindən uzaqdan idarə olunan avtomobil parlament binası yaxınlığında hərəkət edərkən nəzarətdən çıxaraq polis maşınına çırpılıb.

Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Pakistan mediasının məlumatına görə, avtomobili avtomatlaşdıran şəxs polis tərəfindən saxlanılıb, nəqliyyat vasitəsi isə araşdırma üçün polis bölməsinə aparılıb.

@insanoidcom
👍1🤯1😱1
September 1, 2026 129 1