Sual: Müqtədinin (imama uyan şəxsin) bu vəziyyəti imamdan irəli… — Hənəfi — TG.ME

Sual:

Müqtədinin (imama uyan şəxsin) bu vəziyyəti imamdan irəli keçmiş hesab olunurmu? Allah sizi xeyirlə mükafatlandırsın!

Cavab:

İma ilə namaz qılınan zaman - şəkildə olduğu kimi - şərt müqtədinin başının imamın başından geridə olmasıdır. Şəkildəki müqtədi əgər ima ilə namaz qılırsa, onun namazı səhihdir (keçərlidir), çünki müqtədinin başı imamın başından geridədir. Əllamə İmam ət-Təhtavi belə demişdir:
"İma ilə namaz qılan kəsdə əsas nəzərə alınan başdır. Hətta onun başı imamın başından geridə, ayaqları isə imamın ayaqlarından irəlidə olsa (namazı) səhihdir. Əksinə olduqda isə (namazı) səhih deyildir".

Telegram kanalı:
t.me/henefi
❤1👍1
August 13, 2026 63