İmam əl-Qəstəllani (rahimahullah) belə buyurmuşdur: «Peyğəmbərin ﷺ… — Hənəfi — TG.ME

İmam əl-Qəstəllani (rahimahullah) belə buyurmuşdur:

«Peyğəmbərin ﷺ [Uhud günü] mübarək başı yaralandıqda bağışlayıb: “Allahım, qövmümə hidayət ver!” — dedi. Lakin Xəndək günü onu namazdan yayındırdıqda: “Allahım, onların qarınlarını odla doldur!” — deyə bəddua etdi.
O, şərəfli bədəninin simasında açılan yaraya dözsə də, dininin simasında açılan yaraya dözmədi. Çünki dinin siması — namazdır. Beləliklə, O, Yaradanın haqqını öz haqqından üstün tutdu.»

📚əl-Məvahib əl-Lədunniyyə
Telegram kanalı:
t.me/henefi
❤5👍1
August 11, 2026 69