Kəpəz”in oyununda Mehman Hacıyevin xatirəsi yad ediləcək Sentyabrın… — Gencexeber.az — TG.ME

“Kəpəz”in oyununda Mehman Hacıyevin xatirəsi yad ediləcək

Sentyabrın 12-də Misli Premyer Liqasının V turu çərçivəsində keçiriləcək “Kəpəz” – “Qəbələ” qarşılaşmasından əvvəl Azərbaycanın veteran futbolçusu Mehman Hacıyevin xatirəsi yad ediləcək.

Gencexeber.az məlumat verir ki, mərhum futbolçunun vəfatı ilə əlaqədar Gəncə Şəhər Stadionunda oyunun start fitindən əvvəl 1 dəqiqəlik sükut elan olunacaq.

Bununla bağlı “Kəpəz” rəhbərliyinin Peşəkar Futbol Liqasına (PFL) müraciətinə müsbət cavab verilib.

Sükut zamanı stadionun elektron ekranlarında Mehman Hacıyevin fotosu da nümayiş etdiriləcək.

Yeni "Instagram" hesabımız

@gencexeberaz
🙏4
September 8, 2026 890