Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ Sentyabrın 7-dən 8-i səhərədək… — Gencexeber.az — TG.ME

Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

Sentyabrın 7-dən 8-i səhərədək bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Gencexeber.az-a bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Ağstafa, Qazax, Tovuz, Şəmkir, Samux, Gəncə, Daşkəsən və Goranboyda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Gədəbəy və Göygöldə isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Yeni "Instagram" hesabımız

@gencexeberaz
🤔1🙏1
September 5, 2026 463