Yanacaq daşıyan yük maşını dəmir arakəsməyə çırpıldı… — Gencexeber.az — TG.ME

Yanacaq daşıyan yük maşını dəmir arakəsməyə çırpıldı

Bakı-Qazax-Gürcüstan magistral avtomobil yolunun Goranboy rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Gencexeber.az-ın məlumatına görə, hadisə zamanı Bakı şəhəri istiqamətində hərəkətdə olan iri tonnajlı yanacaqdaşıyan avtomobil dəmir arakəsməyə çırpılıb.

Qəza nəticəsində avtomobilə və yolun qoruyucu qurğularına ziyan dəyib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub və ərazidə müvafiq tədbirlər görülüb.

Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma başlanılıb.

Yeni "Instagram" hesabımız

@gencexeberaz
🙏4🤔2👍1😨1
September 4, 2026 654