Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Gencexeber.az-ın məlumatına görə, hadisə Gəncə şəhərinin Məhsəti qəsəbəsində qeydə alınıb.
2001-ci il təvəllüdlü Ceyhun Əzimov çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Gəncin hansı şəraitdə bıçaqlandığı hələlik məlum deyil.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Yeni "Instagram" hesabımız
@gencexeberaz

2
1
1September 4, 2026 646