Gəncəli cüdoçu Ruslan Kazımov beynəlxalq turnirdə uğurlu nəticə… — Gencexeber.az — TG.ME

Gəncəli cüdoçu Ruslan Kazımov beynəlxalq turnirdə uğurlu nəticə göstərib.

Gencexeber.az məlumat verir ki, Polşanın Krakov şəhərində cüdo üzrə beynəlxalq turnir keçirilib.

Turnirdə “Təhsil” RİM PHŞ-nin Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin cüdo bölməsinin yetirməsi Ruslan Kazımov (+90 kq) U-18 yaş kateqoriyasında mübarizə aparıb.

Gəncə təmsilçisi yarışın yekununda gümüş medal qazanıb.

Qeyd edək ki, Azərbaycan cüdoçuları Krakovdakı beynəlxalq turniri ümumilikdə 11 medalla – 7 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurublar. Milli komanda medal sayına görə yarışın komanda hesabında birinci olub.

Yeni "Instagram" hesabımız

@gencexeberaz
👍3🙏3❤2
September 3, 2026 1K