Pişiklər evə rahatlıq və istilik gətirir, amma onlar həmişə uşaqların… — Gencexeber.az — TG.ME

Pişiklər evə rahatlıq və istilik gətirir, amma onlar həmişə uşaqların psixikası üçün faydalıdırmı? Alimlər 7 yaşadək uşaqların inkişafını təhlil edib maraqlı nəticəyə gəliblər.

Psixoloqlar bəzi heyvanlarla ünsiyyətin depressiv əhval və hətta aqressiya ilə əlaqəli ola biləcəyini, digərləri isə əksinə, uşağın özünü inkişaf etdirməsinə, özünü daha xoşbəxt hiss etməsinə və emosiyalarını idarə etmə bacarıqlarının formalaşmasına kömək edə biləcəyi qənaətinə gəliblər.

Alimlərin diqqətini ən çox 4–5 yaşlı uşaqlarda pişik saxlanılması ilə daha çox psixi sağlamlıq problemləri arasındakı əlaqə çəkib.

4–5 yaşlı uşaq hələ qeyri-verbal siqnalları tam düzgün oxumağı bacarmaya bilər. Uşağın pişiyi zorla qucaqlamağa çalışması heyvanın fısıldamasına, cırmaqlamasına və ya qaçmasına səbəb ola bilər. Bu isə uşaqda stress və rədd edilmə hissi yarada bilər.

Pişiyin qəfil baxışı və ya gözlənilməz sıçrayışı isə bəzi uşaqlar tərəfindən gizli təhlükə kimi qəbul oluna bilər.
Mənbə:lent.аz

Yeni "Instagram" hesabımız

@gencexeberaz
🙏1
August 30, 2026 946 1 1