Əbu Hureyrə (رضي الله عنه) rəvayət edir:
“Bəni-Fəzəradən olan bir kişi Peyğəmbərə ﷺ bir dəvə hədiyyə etdi. Peyğəmbər ﷺ də onun əvəzini verdi. Lakin həmin şəxs verilən əvəzdən narazı qaldı. Mən Peyğəmbərin ﷺ minbər üzərində belə buyurduğunu eşitdim:
«Sizdən biri hədiyyə verir, mən isə əlimdə olan imkan qədərində onun əvəzini verirəm. Sonra isə o, bundan narazı qalır. Allaha and olsun! Bundan sonra ərəblərdən heç kimin hədiyyəsini qəbul etməyəcəyəm, yalnız Qureyşdən, Ənsardan, Səqifdən və ya Dəvsdən olan kəsin hədiyyəsi istisnadır.»”
📕 Səhih əl-Ədəbul-Mufrad, №596; Albani (səhih).
📌 Peyğəmbər ﷺ bu kişiyə 6 dəvə hədiyyə etmişdi (yəni 1/6). (Tirmizidə rəvayət olunub)
📝 Bu bədəvi Peyğəmbər ﷺ-in səxavəti haqqında eşitmişdi və verdiyi hədiyyənin qarşılığında daha çox şey əldə etmək istəyirdi.
Hədisdən çıxan faydalardan biri budur ki, hədiyyəni elə insanlardan qəbul etmək lazımdır ki, sən qarşılığında hədiyyə verdikdə sənə minnət qoymasın və ya sənin verdiyin hədiyyəni kiçik görüb alçaltmasın.
Hər kəs öz imkanı daxilində hədiyyə verməlidir. Kasıb biri sənə kiçik bir hədiyyə verirsə, sən imkanlı olduğun halda ona öz var-dövlətinə uyğun daha dəyərli və gözəl bir hədiyyə verməyə çalışmalısan, və bu sünnəyə uyğun olandır.
👉 Bu prinsip təkcə hədiyyəyə aid deyil. İnsan hər bir məsələdə öz səviyyəsini və əxlaqını qorumağa çalışmalıdır.
Həmçinin Peyğəmbər ﷺ bəzi insanların hədiyyələrini ixlasla, Allah rızası üçün deyil, qarşılığında daha çox şey əldə etmək məqsədilə verdiklərini başa düşmüşdü. Buna görə də bu şər qapısını bu cür bağladı. Əgər sən görsən ki, sənə hədiyyə verən şəxs bunun arxasında müəyyən bir məqsəd güdür və ya səndən istifadə etmək istəyir, o zaman belə bir şəxsin hədiyyəsini qəbul etməkdən çəkinməlisən.
#sünnə #hədis
t.me/faydailim
