❔ QURANI SÖZBƏSÖZ TƏRCÜMƏ ETMƏK CAİZDİRMİ?
Quranı və ya onun bəzi ayələrini tərcümə etmək və həmin ayələrdə nəzərdə tutulan bütün mənaları ifadə etmək mümkün deyil. Onu və ya onun bir hissəsini sözbəsöz tərcümə etmək isə caiz deyil. Çünki bu, mənaların dəyişdirilməsinə və təhrif olunmasına səbəb olur.
Lakin insanın bir və ya bir neçə ayədən başa düşdüyü mənanı tərcümə etməsi və Qurandan anladığı hökmləri və ədəbləri, məsələn, ingilis, fransız və ya fars dilində ifadə edərək, Qurandan anladığını insanlara çatdırması və onları buna dəvət etməsi caizdir. Necə ki, insan Qurandan və ya onun bəzi ayələrindən başa düşdüklərini ərəb dilində də izah edə bilər.
Bunun üçün şərt budur ki, həmin şəxs Quranı təfsir etmək üçün lazımi elmə və səriştəyə sahib olsun və anladığı hökmləri və ədəbləri dəqiq şəkildə, istər ərəb, istərsə də başqa dildə ifadə etmək qabiliyyətinə malik olsun.
Kim Quranı anlamağa kömək edən lazımi vasitələrə sahib deyilsə və ya anladığını ərəb və ya başqa bir dildə dəqiq ifadə etmək bacarığı yoxdursa, bu işə girişməsi caiz deyil. Çünki Allahın Kitabını öz mənalarından yayındırmaq qorxusu vardır. Beləliklə, onun məqsədi əks nəticə verə, yaxşı hesab etdiyi bir şeyi pisə, xeyir etmək istəyini isə zərərə çevirə bilər.
Müvəffəqiyyət yalnız Allahdandır. Allah Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə salavat və salam etsin.
📚 اللجنة الدائمة للبحوث العلمية والإفتاء(4/162- 163) عبد الله بن سليمان بن منيع ... عضو عبد الله بن عبد الرحمن بن غديان ... عضو عبد الرزاق عفيفي ... نائب رئيس اللجنة
📝 Şeyxlərdən biri dərsdə qeyd edir ki, bu “sözbəsöz tərcümə” insanları dəlalətə və azğınlığa sürükləyə, hətta bidətlərə yol aça bilər. Və bu, sələflərin yolu deyil. Bu, Quranı alçaltmaq belə ola bilər. Bu cür dərslər də caiz deyil. Ən doğrusunu Allah bilir. Allah hər birimizə haqqı göstərsin.
t.me/faydailim
Telegram
FAYDAİLİM
قَالَ النَّبِيُّ ﷺ: مَنْ دَلَّ عَلَى خَيْرٍ فَلَهُ مِثْلُ أَجْرِ فَاعِلِهِ
https://www.instagram.com/faydailim

September 1, 2026 49 1