ELMİ KİÇİKLƏRDƏN GÖTÜRMƏK «إنَّ من أشراطِ الساعةِ أنْ يُلتمسَ العلمُ… — FAYDAİLİM — TG.ME

⁉️ ELMİ KİÇİKLƏRDƏN GÖTÜRMƏK

«إنَّ من أشراطِ الساعةِ أنْ يُلتمسَ العلمُ عند الأصاغرِ»

Allahın Elçisi ﷺ buyurmuşdur:

"Elmi kiçiklərin yanında axtarmaq Qiyamətin əlamətlərindəndir".

📕صحيح الجامع 2207

Günümüzdə gördüyümüz acınacaqlı vəziyyətlərdən biri də budur ki, müsəlmanlar alimləri və şeyxləri qoyub kiçiklərdən, elmi az olan və ya ümumiyyətlə elmi olmayan insanlardan elm alırlar.

Bu, həqiqətən ciddi məsələdir. Bəzi alimlər qeyd edirlər ki, insan uzun illər elm tələb etdikdən və alimlərin dizinin dibində oturduqdan sonra kitabları şərh etməyə və tədris etməyə başlaya bilərlər (təxmini 40 yaş). Əgər belə olmasaydı, alimlər özləri elə 20-25 yaşlarında kitab şərh edib dərs verərdilər.

Hətta alimlər qeyd edirlər ki, icazəsi və təzkiyəsi olmayan insan bir zikr məclisində dərs keçirsə, yalnız kitabı və alimin şərhini oxuya bilər, özündən şərh verə və ya suallara cavab verə bilməz! Çünki Allahın dini haqqında elmsiz danışmaq çox təhlükəlidir. Yəni bu, hansısa ailə, cəmiyyət məsələləri, məişət problemləri və s. deyil ki, hər kəs istədiyi kimi danışsın..

Tövhid, hədis, fiqh və digər dini məsələlər insanın öz anlayışına görə izah edəcəyi məsələlər deyil. Bir kitab oxumaq və ya bir neçə dərs dinləmək insanı dərs demək və şərh etmək səviyyəsinə gətirmir! Bir alimin sözünü paylaşdıqda belə, ona əlavə bir ifadə artırmağa, hətta ora bir nöqtə, vergül əlavə etməyə haqqımız yoxdur.

Cəmiyyətimizdə bu qədər ixtilafın səbəblərindən biri də budur: alimləri qoyub kiçiklərdən elm almaq. Buna görə də, hər kəs dini məsələləri öz bildiyi kimi anlayıb şərh edir və sonra ixtilaflar yaranır.

Xüsusilə gənclərə tövsiyyə: icazəsi, təzkiyəsi olmayan insanlardan “ərəb dili çox yaxşı səviyyədədir”, “filan elm tələbəsinin zövcəsidir”, “Mədinədə halaqalara qatılıb” adıyla elm almayın. Alimlər peyğəmbərlərin varisləridir və elm onlardan götürülməlidir!

t.me/faydailim
September 1, 2026 44 2