Bir çox kişi salehə, təqvalı və səbirli bir qadının arzusundadır.
Onlar arzulayırlar ki, belə bir qadın onların evlərində olsun, amma sahib olduqları qadının qədrini bilmirlər və onu heç bir əlaqəsi belə olmayan başqa qadınlarla müqayisə edirlər.
🔸 İbn əl-Cövzi demişdir. Bu böyük alimin sözlərinə diqqətlə qulaq asın:
“Bəzən kişi hansısa qadını görür və ona elə gəlməyə başlayır ki, həmin qadın öz həyat yoldaşından daha yaxşıdır.
O, həmin qadın haqqında düşünməyə, onun xəyalını qurmağa, onu təsəvvür etməyə başlayır. Onun gözəlliyinin qarşısında məftun olaraq yalnız yaxşı tərəflərini görür.
Sonra həmin qadınla evlənməyə çalışır və buna nail olduqda isə ondan bezir. O qadın da ona sıxıcı gəlir və artıq başqa bir qadın arzulayır. Halbuki arzuladığı şeyin içində bəla və imtahanların gizləndiyini dərk etmir.
Bəlkə də arzuladığı qadın nə dindarlığa, nə də ağla sahib olacaq; onun üçün nə müdrik həyat yoldaşı, nə də sevən bir həyat yoldaşı olacaq. Nəticədə isə qazandığından daha çoxunu itirəcək…”
Unutma ki, həqiqi gözəllik sənə satılan zahiri gözəllik deyil. Həqiqi gözəllik gözəl əxlaq və Allah qorxusudur.
Bir zamanlar seçdiyin və bir zamanlar sənə güvənən qadının qədrini bil.
Uca Allahın əmrini də unutma. Allah-Təala buyurur:
“Onlarla gözəl rəftar edin.”
Yəni onlarla ən gözəl şəkildə davranın.
Çünki qadına qarşı yaxşı münasibət göstərmək sənin mərdliyinin və gücünün sübutudur. Cəmiyyətin sənə təlqin etdiyi saxta kişilik, sərtlik və düşüncəsizlik isə əsil kişilik deyil..!
#faydailim_evlilik #faydailim_kişilər
t.me/faydailim

August 31, 2026 54