⛔️ SUAL: Süni intellektdən canlıların şəkillərini yaratmasını istəyə bilərəmmi?
Hal-hazırda geniş yayılan məsələlərdən biri də süni intellekt vasitəsilə canlıların təsvirlərinin yaradılmasıdır. Hətta dini məzmunlu, cizgi filminə bənzər videolar hazırlanır və bunlar Quran ayələri və hədislərdən daha çox statuslarda paylaşılır!
Təəssüf ki, insanların bir çoxunun ağlına belə gəlmir ki, bu cür videoların hazırlanmasında nə qədər haram və münkər ola bilər. Çünki bu, düzgün dəvət üsulu deyil. Dəvət isə Quran və Sünnəyə uyğun olmalıdır.
Xüsusilə canlıların təsvirlərini yaratmaq məsələsi çox ciddi məsələdir. Təsvirlər barədə şəriətdə gələn şiddətli əzab məlumdur.
♨️ Həmçinin son vaxtlar YouTube və digər platformalarda süni intellekt vasitəsilə alimlərin şəkillərinin yaradıldığını və videolarda ön plana çıxarıldığını görürük. Halbuki bəzi alimlər özlərinin adi şəkildə belə çəkilməsinə halallıq verməyiblər. Belə olduqda burada yalnız təsvir məsələsi deyil, həmin alimlərin haqqına girmək məsələsi də ortaya çıxa bilər.
👉 Ona görə də xüsusilə dəvət səhifələri bu məsələyə çox ciddi yanaşmalıdır. İnsan haqqı öyrəndikdən sonra Allaha tövbə etməli, həmin videoları və ya şəkilləri silməli, və başqalarını da belə şeyləri yaratmaqdan və paylaşmaqdan çəkindirməlidir.
Allahdan diləyirik ki, bizə haqqı haqq olaraq göstərsin və ona tabe olmağı nəsib etsin; batili də batil olaraq göstərsin və ondan uzaq durmağa müvəffəq etsin. Əmin!
t.me/faydailim
August 30, 2026 48 2