Bu, dünyanın fitrətidir: Bir sıxıntıdan digərinə… Kədərini, hüznünü… — FAYDAİLİM — TG.ME

Bu, dünyanın fitrətidir: Bir sıxıntıdan digərinə…

Kədərini, hüznünü, qəlb sıxıntılarını və nəfsinin dağınıqlığını davamlı olaraq dilə gətirməyin səni dünyanın diqqət mərkəzinə çevirməyəcək. Nə insanlar, nə də yaxınların sırf buna görə sənin yanına qaçıb halını soruşmayacaqlar.

Əksinə, zaman keçdikcə bu vəziyyət sənə qarşı bir ittihama çevrilə bilər. Bunu bilmək lazımdır ki, bütün qəlblərdə davamlı bir hüzn vardır. Bu, dünyanın fitrətidir: bir sıxıntıdan digərinə…

Unutma: Hüzn yalnız sənin hiss etdiyin bir şey deyil. Və yalnız sən çiyninə bir əlin qoyulmasını arzulamırsan.

Buna görə də hisslərini ifadə edərkən ölçülü ol. Çünki qarşındakı insan da bəlkə bir çöküşün astanasındadır və sadəcə həyatdan gözəl bir söz eşitmək istəyir..

Allahın sənə verdiyi nemətləri xatırla. Kiməsə qəlbini açarkən tarazlığı qoru.

Ən gözəli isə dərdlərini Uca Rəbbinə şikayət etməkdir. Necə ki, Yaqub (əleyhissəlam) demişdir:

إِنَّمَا أَشْكُو بَثِّي وَحُزْنِي إِلَى اللَّهِ

“Mən dərd-qəmimi və hüznümü yalnız Allaha açıb şikayət edirəm.” (Yusuf, 86)

t.me/faydailim
August 30, 2026 51 1