Əz-Zubeyri demişdir: “İmam Malikin elmini, yəni onun «əl-Muvatta»… — FAYDAİLİM — TG.ME

Əz-Zubeyri demişdir:

“İmam Malikin elmini, yəni onun «əl-Muvatta» kitabını əzbər bilən bir qızı var idi. Dərs zamanı o, qapının arxasında dayanardı və tələbə İmam Malikə «əl-Muvatta» kitabını oxuyardı. Əgər qız oxuyanın bir səhv etdiyini eşitsəydi, qapını döyərdi. Malik başa düşərdi ki, səhv edilib və oxuyanın səhvini düzəldərdi.”

📕 İbn Fərhun, «Əd-Dibac əl-Muzhəb», 1/86.

t.me/faydailim
August 29, 2026 54