Rəvayət edilir ki, Ənəs (radiyallahu anhu) demişdir: “Allah Rəsuluna… — FAYDAİLİM — TG.ME

Rəvayət edilir ki, Ənəs (radiyallahu anhu) demişdir: “Allah Rəsuluna ﷺ-ə xidmət edən yəhudi bir uşaq xəstələnmişdi. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) ona baş çəkməyə gəldi və onun baş tərəfində oturub ona: “Müsəlman ol!”– dedi. Uşaq, yanında durmuş atasının üzünə bax­dı. Atası ona: “Əbul-Qasıma itaət et!”– dedi və uşaq İslamı qəbul etdi. Sonra Allah Rəsulu (sallallahu aleyhi və səlləm) onun yanından çıxdı və dedi: “Onu oddan xilas edən Allaha həmd ol­sun!”

Buxari 1356


👉 Bu hədisdən çıxarılan önəmli faydalardan biri budur ki, müsəlman kafirlərdən olan xadimə, işçi və buna bənzər şəxsləri yanında işlədə bilər. Lakin Şeyx İbn Useyminin də məşhur fətvasına əsasən, bu şəxs uşaqlara dayəlik edən və onların tərbiyəsi ilə məşğul olan biri olmamalıdır. Şeyxin bu məsələdəki fətvasının səbəblərindən biri də ərəb ölkələrində müşrik dayələrin geniş yayılmasıdır.

📍Belə bir işçi və ya xadimə götürən şəxs elm və təqva sahibi olmalıdır. Elə biri olmalıdır ki, həmin işçini haqqa dəvət edə bilsin. Necə ki, bu hədisdə Peyğəmbər ﷺ həmin yəhudi uşağı İslama dəvət etmişdir.

📌 Həmçinin alimlər bu məsələni müşrik qadınlarla evlənməyə qiyas etmişlər. Çünki bəzi kişilər düşünürlər ki, qadın kitab əhlindəndirsə mən artıq rahat şəkildə onunla evlənə bilərəm. Məsələ isə bu qədər asan deyil. Xüsusilə indiki dövrdə bu məsələdə şərtlərdən biri kişinin elmli və təqvalı olmasıdır. Digər insanlar, yəni avamlar isə bundan çəkinməlidirlər. Çünki elm və təqva sahibi olan bir kişin həmin qadını İslama dəvət etməsi və onun da İslamı qəbul etməsi ehtimalı daha böyükdür. Avam insan üçün isə bu ehtimal o qədər də güclü deyil. Təəsüf ki, müsəlman kişilər indi müsəlman qadınları belə tərbiyyə edə bilmirlər…
Yəni, belə bir qadınla evlənəcək kişi kifayət qədər heybətli, təqvalı, ixlaslı və elmli olmalı, həmçinin onu İslama dəvət etmək niyyətində olmalıdır. Ən doğrusunu Allah bilir.

#sünnə #hədis

t.me/faydailim
Telegram
FAYDAİLİM
قَالَ النَّبِيُّ ﷺ: مَنْ دَلَّ عَلَى خَيْرٍ فَلَهُ مِثْلُ أَجْرِ فَاعِلِهِ https://www.instagram.com/faydailim
August 29, 2026 52