Almaniyanın xarici işlər naziri Yohann Vadeful ikili standartlarla… — Alioglu_News🇦🇿 — TG.ME

🇩🇪⚖️ Almaniyanın xarici işlər naziri Yohann Vadeful ikili standartlarla bağlı suallara cavab verərkən ziddiyyətli mövqe nümayiş etdirib.

Jurnalist ona xatırladıb ki, Sara Vagenknext və AfD nümayəndələri Leypsiqdəki hücumların arxasında Rusiyanın dayandığı barədə hökumətin çox tez nəticə çıxardığını, “Şimal axını” kəmərlərinin partladılması ilə bağlı isə hələ də konkret siyasi mövqenin səslənmədiyini deyirlər.

Vadeful bildirib ki, hökumət heç bir fərq qoymur və hər iki məsələ araşdırılır.

“Leypsiq məsələsində yalnız mövcud məlumatlarla təsdiqlənən faktlara əsaslandıq. “Şimal axını” ilə bağlı isə Almaniyanın hüquq-mühafizə orqanları eyni dərəcədə diqqətlə araşdırma aparır. Cinayət işləri açılıb və onların araşdırılması üçün bütün imkanlar yaradılıb”.

Nazir vurğulayıb ki, Almaniyada hakimiyyət bölgüsü prinsipi mövcuddur və istintaqın nəticələri ortaya çıxarsa, vəziyyət aydınlaşacaq.

O, məsələni Kiyevdə də müzakirə etdiyini bildirib.

Vadefulun sözlərinə görə, Zelenski Ukrayna hökumətinin “Şimal axını” partlayışlarında iştirak etmədiyini deyib.

Jurnalistin “Siz ona inanırsınız?” sualına nazir belə cavab verib:

“Əgər o bunu deyirsə, mən ona inanıram. Amma Almaniyanın hüquq-mühafizə orqanları, əlbəttə, araşdırmanı davam etdirirlər. Əgər nəticədə başqa faktlar üzə çıxarsa, buna uyğun yanaşılacaq. Almaniya cinayət hüququnda təqsirsizlik prezumpsiyası qüvvədədir”.

Jurnalist yenidən ikili standart məsələsini qaldıraraq qeyd edib ki, Leypsiqdəki hadisə ilə bağlı istintaq tam yekunlaşmamış Rusiya kəşfiyyatının adı çəkilib, “Şimal axını” işində isə artıq şübhəlilərin adları məlum olduğu halda siyasi qiymətləndirmə verilməyib.

Vadeful cavabında bildirib:

“Əgər, məsələn, kitablardan birində irəli sürülən iddialar təsdiqlənərsə, reaksiya verməyəcəyimizi deməmişəm. Sadəcə hüquq-mühafizə orqanlarımıza tam sərbəstlik veririk”.

Daha sonra o əlavə edib ki, Ukraynanın və Rusiyanın hərəkətlərini eyniləşdirmək olmaz.

“Ukrayna Rusiyaya hücum etməyib - Rusiya Ukraynaya hücum edib. Bu, prinsipial fərqdir. Bu münaqişənin səbəbi Rusiyadır. Putin olmasaydı, bütün bu münaqişə də olmazdı”.

Nazir sonda bir daha bildirib ki, “Şimal axını” ilə bağlı ukraynalılara qarşı ittihamlar təsdiqlənərsə, Berlin buna siyasi qiymət verəcək, lakin onun fikrincə, Rusiya istənilən halda “təcavüzkar” olaraq qalır.

#Almaniya #Vadeful #Rusiya #Ukrayna #ŞimalAxını
September 11, 2026 222