🇮🇷 İran: son saatların xəbərləri
🔴 Caskda gecə bir neçə partlayış səsi eşidilib. Hörmüzqan rəhbərliyi səslərin mənbəyinin dənizdə baş verən hadisələr olduğunu, şəhər və yaşayış məntəqələrində dağıntı qeydə alınmadığını açıqlayıb.
⚓️ İran neft tankerlərinə hücumlar gecənin əsas mövzusuna çevrilib. İran mediası Xark adası və Cask yaxınlığında tankerlərin vurulduğunu, ekipajların əvvəlcədən təxliyə edildiyini bildirib.
⚠️ SEPAH Hərbi Dəniz Qüvvələri təcili xəbərdarlıq yayıb. Küveyt və Bəhreyn limanlarında olan tanker ekipajlarına gəmiləri dərhal tərk etmək çağırışı edilib və həmin tankerlərin hədəfə çevrilə biləcəyi bildirilib.
🚀 Baş Qərargah rəisi Əli Abdullahi yeni cavab doktrinasını açıqlayıb. O bildirib ki, İran tankerlərinə hər bir hücum regiondakı ABŞ bazalarının İran Silahlı Qüvvələri tərəfindən hədəfə alınması ilə cavablandırılacaq.
🔹 “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahı da eyni xətti təsdiqləyib: İran gəmilərinə hücum edilərsə, ABŞ-ın regiondakı bazaları və digər maraqları vurulacaq.
💥 SEPAH İordaniyadakı Əl-Əzraq bazasına zərbə endirdiyini bəyan edib. İran tərəfinin iddiasına görə, F-35, F-16 və F-15 qırıcılarının saxlanıldığı və texniki xidmət göstərildiyi anqarlar ballistik raketlərlə vurulub.
⚔️ SEPAH əməliyyatların davam edəcəyini bildirib. Qurumun gecə bəyanatında hərbi qarşıdurmanın ABŞ hücumları dayandırılanadək davam etdiriləcəyi vurğulanıb.
🌊 Hörmüzdə yeni böyük əməliyyat barədə məlumat verilib. SEPAH iki ABŞ hərbi gəmisini və səkkiz tankeri hədəfə aldığını iddia edir.
🚢 Daha 10 gəminin vurulduğu bildirilir. SEPAH-a görə, həmin gəmilər elan edilmiş qadağan və təhlükəli zonadan keçməyə cəhd göstəriblər.
🛡 Tehran Hörmüz boğazına nəzarətin saxlanıldığını bildirir. SEPAH boğazın bütün hərəkətinin müşahidə və idarə olunduğunu bəyan edib.
🚀 SEPAH ABŞ döyüş esmineslərinə raket hücumu etdiyini açıqlayıb. İran mediası qanadlı raketlər və “Aegis” sistemi daşıyan gəmilərin hədəfə alındığını yazır.
🛰 Hörmüz səmasında ABŞ-a məxsus MQ-1 pilotsuz aparatının vurulduğu bildirilir. İran mediası gecə əməliyyatının görüntülərini də yayıb.
📉 Hörmüzdən gəmi keçidi yenidən azalıb. Son sutkada boğazdan cəmi altı kommersiya gəmisi keçib; on günlük orta göstərici təxminən 12 gəmi idi.
🗣 Abbas Əraqçi yeni sanksiyalara sərt reaksiya verib. Xarici işlər naziri 47 illik sanksiyalar və müharibədən sonra Vaşinqtonun yenidən sanksiyanı “həll yolu” kimi təqdim etməsini istehza ilə qarşılayıb.
⛽️ Müharibə fonunda yanacaq ehtiyatları xüsusi nəzarətə götürülür. Birinci vitse-prezident Məhəmmədrza Arif bildirib ki, gündəlik benzin istehsalı 110 milyon litr olsa da, ehtiyat yaratmaq üçün istehlak 100 milyon litri keçməməlidir.
September 9, 2026 91