Alioglu_News🇦🇿: post #199590 — TG.ME

🇹🇼✈️ Tayvana təhvil verilməkdə olan ilk iki F-16V Block 70 qırıcısı havaya qalxdıqdan qısa müddət sonra naməlum səbəbdən Havay adalarına geri dönüb.

Tayvan Çihhanq aviabazasında ölkənin şərq istiqamətində müdafiəsini gücləndirmək üçün ümumilikdə 66 belə qırıcı alıb.

Təyyarələrin təhvil verilməsinə əvvəlcə 2023-cü ildə başlanması nəzərdə tutulurdu, lakin istehsal xəttinin köçürülməsi və təchizat zəncirindəki problemlər səbəbindən proses dəfələrlə təxirə salınıb.

Qalan qırıcıların 2027 və 2028-ci illərdə təhvil verilməsi planlaşdırılır.

Marşrut Havay adalarından Quama, oradan isə Tayvana uzanır - ümumi uçuş müddəti təxminən 13 saatdır.

Mənbə: Taipei Times.

#Tayvan #F16V #ABŞ #Aviasiya #Müdafiə