🇦🇲 Ermənistan: son saatların xəbərləri
🔴 Nikol Paşinyanın sədrliyi ilə “Vətəndaş Müqaviləsi” partiyasının idarə heyətinin iclası keçirilib. Hakim komandanın qarşıdakı siyasi və təşkilati addımları müzakirə olunub.
🏛 Parlamentdə yeni təyinat olub. Aleksandr Mxitaryan Milli Məclis Aparatının protokol idarəsinin rəisi təyin edilib.
⚖️ Müxalifətçi Andranik Tevanyan və Areqnaz Manukyan həbsdə qalacaq. Tevanyanın həbs müddəti üç, Manukyanınkı isə bir ay uzadılıb.
🔹 Parlamentin İnsan hüquqları komitəsində yeni rəhbər təyinatı rəsmiləşib. Müxalif deputat Marianna Qahramanyan sədr müavini seçilib və ölkədə insan hüquqlarının vəziyyətini kəskin tənqid edib.
🪖 Müdafiə naziri Suren Papikyan bir sıra hərbi təlim hissələrində qəfil yoxlamalar aparıb. Nazir şəxsi heyətin hazırlığını və yeni infrastrukturun vəziyyətini yoxlayaraq komandanlığa tapşırıqlar verib.
🚨 Hərbi polis rəisi Aram Hovhannisyan da ayrıca baxış keçirib. Müdafiə Nazirliyi hərbi polis bölmələrində xidmətin təşkili və hazırlıq səviyyəsinin yoxlanıldığını bildirib.
📊 Avqustda illik inflyasiya 4,4 faiz təşkil edib. Avrasiya İnkişaf Bankının açıqladığı göstərici qiymət artımının Ermənistan iqtisadiyyatında əsas problemlərdən biri olaraq qaldığını göstərir.
🏙 Yerevanda (İrəvan) nəqliyyat idarəçiliyi yenidən qurulur. “Yerevantrans” şirkəti ləğv ediləcək, onun əvəzinə şəhər nəqliyyat axınlarını idarə edən ayrıca mərkəz yaradılacaq.
💵 Yerevanın (İrəvan) Malatia-Sebastia rayonunda saxta dollarların dəyişdirilməsi cəhdi aşkarlanıb. Dəyişdirilməyə təqdim olunan 100 dollarlıq əsginasların bir hissəsinin saxta olduğu müəyyən edilib.
🚔 Təxminən beş kiloqram marixuananın qanunsuz dövriyyəsi üzrə üç nəfər həbs olunub. İstintaq narkotikin ölkəyə xarici vətəndaş tərəfindən qaçaqmalçılıq yolu ilə gətirildiyini bildirir.
⚠️ Geğarkunik vilayətinin təhsil idarəsində korrupsiya işi genişlənib. İdarə rəsmisi və bir sıra məktəb direktorları himayədarlıq müqabilində rüşvət almaqda şübhəli bilinərək saxlanılıblar.
💰 Geyim pərakəndə satışında 9,46 milyard dram həcmində gizlədilmiş dövriyyə aşkarlanıb. Dövlət Gəlirləri Komitəsi iri həcmli vergi pozuntusu üzrə araşdırma aparır.
📈 Avropa Yenidənqurma və İnkişaf Bankının dramla buraxdığı istiqrazlar Ermənistan Fond Birjasında listinqə daxil edilib. Yerləşdirməni “Converse Bank” həyata keçirib.
🔴 İstintaq Komitəsi 2020-ci il 44 günlük müharibə ilə bağlı rəqəmləri yenidən dəqiqləşdirib. Rəsmi məlumata görə, 3833 nəfər ölüb, 191 nəfərin taleyi isə naməlum qalır.
📜 Ədliyyə Nazirliyi yayılan “yeni Konstitusiya layihəsi”ni təkzib edib. Nazirlik sosial şəbəkələrdə dövr edən mətnin rəsmi layihə olmadığını və məlumatın dezinformasiya xarakteri daşıdığını açıqlayıb.
September 9, 2026 91