Ukrayna mediası ABŞ prezidenti Donald Trampın ehtimal olunan “sülh… — Alioglu_News🇦🇿 — TG.ME

🇺🇦🕊 Ukrayna mediası ABŞ prezidenti Donald Trampın ehtimal olunan “sülh planı”nın Kuşner və Uitkoff tərəfindən Kiyevə gətirildiyi bildirilən şərtlərini dərc edir.

Ukrayna qoşunlarını Donbasın müəyyən hissəsindən çıxarır.

Rusiya həmin əraziyə öz qüvvələrini yeritməməyi öhdəsinə götürür.

Tərəflər arasında BMT kontingentinin nəzarəti altında bufer zona yaradılır.

Zaporojye vilayətinin bir hissəsində Ukraynanın yurisdiksiyasının saxlanılması şərti ilə oxşar mexanizmin tətbiqi təklif olunur.

Ukraynada referendum və seçkilər keçirilməlidir.

Yeni hakimiyyət Konstitusiyaya dəyişiklik etməli və qeyd olunan ərazilərin güc yolu ilə geri qaytarılmasından imtinanı təsbit etməlidir.

Ukrayna bloklara qoşulmamaq statusunu rəsmiləşdirməli, NATO-ya və digər hərbi ittifaqlara üzvlükdən imtina etməlidir.

Ukraynanın yeni hakimiyyəti tamhüquqlu sülh müqaviləsi imzalamalıdır.

Müqavilənin BMT-nin iştirakı ilə xüsusi prosedur əsasında ratifikasiya edilməsi planlaşdırılır.

#Ukrayna #Tramp #SülhPlanı #Donbas #BMT
September 8, 2026 174