Ermənistan: son saatların xəbərləri 📉 İqtisadi göstəricilər… — Alioglu_News🇦🇿 — TG.ME

Ermənistan: son saatların xəbərləri

📉 İqtisadi göstəricilər ətrafında mübahisə güclənir. Erməni mediasında hökumətin açıqladığı yüksək artım rəqəmlərinin real iqtisadi vəziyyəti nə dərəcədə əks etdirdiyi sual altına alınıb.

🏛 Hakimiyyət yenidən sərt tənqid hədəfindədir. “Hraparak”ın baş redaktoru Armine Ohanyan sosial şəbəkələrdə yaradılan hakimiyyətpərəst mənzərə ilə cəmiyyətdəki real əhval arasında ciddi fərq olduğunu yazıb.

🇷🇺 Rusiyanın Ermənistandakı rolunun gələcəyi müzakirə olunur. Siyasi şərhçi Mihran Akopyan Moskvanın təsiri zəiflədiyi halda onu təhlükəsizlik sistemində kimin əvəz edəcəyi sualını qaldırıb.

⚡️ Paşinyanın Bişkekdəki davranışı müxalif düşərgədə narazılıq yaradıb. Gevorq Petrosyan Ermənistan baş nazirini Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı həddindən artıq yumşaq davranmaqda ittiham edib.

🗺 Delimitasiya yenidən mübahisə mövzusudur. Keçmiş baş nazir Xosrov Arutyunyan Ermənistan-Azərbaycan sərhədinin hələ 1980-ci illərdə müəyyənləşdirildiyini iddia edərək indiki delimitasiya prosesini sual altına alıb.

🛡 102-ci Rusiya bazasının taleyi siyasi gündəmdən düşmür. Politoloq Suren Surenyants Paşinyan hökumətindən Rusiya hərbi bazası çıxacağı təqdirdə yaranacaq təhlükəsizlik boşluğunun hansı mexanizmlə doldurulacağını izah etməyi tələb edib.

🚧 Tiqranaşen (Kərki) məsələsi yenidən gündəmə gətirilib. Aşot Sevyan alternativ avtomobil yolunun mövcud marşrutu tam əvəz edə bilməyəcəyini iddia edib və mümkün razılaşmanın Ermənistan üçün ağır nəqliyyat nəticələri doğuracağını söyləyib.

🇪🇺 İrəvanın Avropa istiqamətində fəallığı davam edir. Xarici işlər naziri Ararat Mirzoyan Riqaya səfər edib. Danışıqlarda Ermənistan-Aİ tərəfdaşlığının dərinləşdirilməsi əsas mövzulardan biridir.

💼 Moskva Ermənistanla iqtisadi münasibətlər barədə xəbərdarlıq edib. Rusiya baş nazirinin müavini Aleksey Overçuk ölkəsinin öz bazarını qorumağa məcbur olduğunu bildirərək İrəvana birgə işləməyi təklif edib.

🗣 Paşinyanın Bişkekdə ermənicə çıxışı Moskvada diqqət çəkib. Kreml sözçüsü Dmitri Peskov bunu Ermənistanın suverenliyini vurğulamaq cəhdi kimi qiymətləndirib.

💰 Dövlət borclanması diqqət mərkəzindədir. Erməni mediası bir həftə ərzində iki yeni kreditin gündəmə gəldiyini, onlardan birinin büdcə kəsirinin maliyyələşdirilməsinə yönəldildiyini yazır.

🚗 Sürücülük vəsiqəsi qaydaları dəyişib. Nəzəri imtahanın müsbət nəticəsinin qüvvədə qalma müddəti bir ildən iki ilə qaldırılıb; sual bazalarının kateqoriyalar üzrə bölgüsü də yenilənib.

🌪 Güclü külək yaşayış məntəqələrində fəsadlar yaradıb. Aragatsotn bölgəsində bələdiyyə binasının damı qopub, elektrik dirəkləri və qaz infrastrukturu zədələnib.

🔥 Lori bölgəsində qaz təchizatı dayanıb. Ağacın qaz xəttinin üzərinə aşması nəticəsində bəzi abonentlər müvəqqəti olaraq qazsız qalıb; bərpa işləri aparılır.

Hava kəskin soyuyur. İrəvanda və Ermənistanın bir sıra rayonlarında yağış, şimşək və güclü külək gözlənilir. Sentyabrın 7–9-da temperaturun 4–7 dərəcə enəcəyi bildirilir
September 7, 2026 86