Azadlıq Donanması Koalisiyası (Freedom Flotilla Coalition - FFC)… — Alioglu_News🇦🇿 — TG.ME

🇵🇸⛵️ Azadlıq Donanması Koalisiyası (Freedom Flotilla Coalition - FFC) sentyabrın 3-də Qəzzaya yeni səfərə başlayacağını elan etdikdən sonra İsraili fəallara qarşı mümkün qəddarlığa görə qabaqcadan ittiham edən bəyanat yayıb.

Əvvəlki səfərlər zamanı yaşadıqlarını - işgəncə, zorakılıq, o cümlədən itlərin iştirakı ilə zor tətbiqini, konteynerlərdə saxlanılmanı, Greta Tunberqin başına gələnləri, seksual qısnama hallarını və digər epizodları xatırladan donanma təşkilatçıları bildiriblər ki, sionistlər bu dəfə daha da irəli gedib və dünya ictimaiyyətinin tam səssizliyi fonunda xüsusilə ağır addımlar hazırlayırlar.

Yeri gəlmişkən, hələlik Qəzzaya konkret olaraq kimlərin üzəcəyinə dair heç bir aydın məlumat yoxdur.

#Qəzza #AzadlıqDonanması #FFC #İsrail #Fələstin
September 6, 2026 143