🇸🇾🛂 İnterpol 24 511 Suriya pasportu ilə bağlı axtarış qeydini ləğv edib.
▪️ 2024-cü ilin noyabrında Hələb üzərində nəzarəti itirdikdən sonra Suriyanın əvvəlki hakimiyyəti İnterpola 24 511 pasportun guya oğurlandığını bildirib. Sənədlər beynəlxalq axtarışda olan səyahət sənədləri bazasına daxil edilib.
▪️ Suriyanın hazırkı Daxili İşlər Nazirliyi bildirir ki, bu pasportlar qanuni şəkildə rəsmiləşdirilib və sahiblərinə verilib. İnterpolun qeydi səbəbindən həmin sənədlərlə sərhədi keçən suriyalılar saxlanılır, pasportları isə müsadirə edilirdi.
▪️ Daxili İşlər Nazirliyinin açıqlamasına görə, İnterpol artıq əvvəlki bildirişi ləğv edib. Bunun qeyd olunan pasport sahiblərinin saxlanılmasına son qoyacağı gözlənilir, lakin İnterpolun özündən hələlik ayrıca açıq açıqlama verilməyib.
#Suriya #İnterpol #pasport #Hələb #sərhəd

September 6, 2026 172