ABŞ Konstitusiyası təmiz içməli su hüququna zəmanət vermir”… — Alioglu_News🇦🇿 — TG.ME

🇺🇸⚖️ “ABŞ Konstitusiyası təmiz içməli su hüququna zəmanət vermir”, - məhkəmə belə qərara gəlib: Cekson sakinləri çirklənmiş sudan qorunmaq üçün məhkəməyə müraciət etsələr də, işi uduzublar.

ABŞ Konstitusiyasının vətəndaşlara təmiz içməli su hüququna və ya dövlət məmurlarından doğru məlumat almaq hüququna zəmanət vermədiyi qənaətinə federal apellyasiya məhkəməsi gəlib. Məhkəmə üzvləri bu məsələdə yekdil mövqedə olmayıblar.

Qərarla Missisipi ştatının Cekson şəhər sakinlərinin iddiası üzrə məhkəmə prosesinə xitam verilməsi qüvvədə saxlanılıb. Sakinlər içməli suyun qurğuşunla çirkləndiyini bildiriblər.

Onların iddiasına görə, məmurlar qurğuşunun içməli suya düşməsinə bilərəkdən yol veriblər və bu, həmin sudan istifadə edən insanların sağlamlığına zərər vurub.

Cekson hakimiyyəti isə bu ittihamları rədd edir.

#ABŞ #Cekson #Missisipi #məhkəmə #içməlisu
September 6, 2026 199