🇺🇸🇷🇺 “Kuşner və Uitkoff sülh danışıqlarını bərpa etmək üçün Rusiya və Ukraynaya yollanacaqlar”: Ağ Ev Uitkoff və Kuşnerin səfəri müddətində Ukraynadan Moskva və enerji infrastrukturu obyektlərinə dron zərbələri endirməməyi istəyib.
Cared Kuşner və Stiv Uitkoffun Rusiya və Ukrayna prezidentləri ilə görüş üçün səfəri münaqişənin son dərəcə mürəkkəb mərhələsinə təsadüf edəcək.
Mənbələrin sözlərinə görə, səfərə hazırlıq bir neçə həftə davam edib. ABŞ Uitkoff və Kuşner Rusiyada olduqları müddətdə Ukraynanın Moskva və ölkənin enerji infrastrukturu obyektlərinə dron hücumlarını dayandırmasını tələb edib.
Öz növbəsində, Rusiya da Kiyevə raket zərbələrini müvəqqəti dayandırmalı idi. Mənbələr səfərin hələ rəsmi şəkildə elan edilmədiyi üçün anonimlik şərti ilə danışıblar.
Hələlik ABŞ nümayəndələrinin hər iki prezidentə yeni təkliflər aparıb-aparmayacağı, yoxsa qalan mübahisəli məsələlər üzrə fikir ayrılıqlarını azaltmağa çalışacaqları məlum deyil.
Bu məsələlər arasında hazırda bir hissəsi Rusiyanın nəzarətində olan Donbasa son nəticədə kimin nəzarət edəcəyi də var.
#Rusiya #Ukrayna #ABŞ #Uitkoff #Kuşner

September 5, 2026 209