Hindistanda 70 ildən çox yaşı olan məscid hakimiyyət tərəfindən… — Alioglu_News🇦🇿 — TG.ME

🇮🇳🕌 Hindistanda 70 ildən çox yaşı olan məscid hakimiyyət tərəfindən sökülüb.

▪️ Uttar-Pradeş ştatının Saharanpur şəhərində administrasiya səhər saat 5 radələrində dairə inzibati kompleksinin ərazisində yerləşən məscidi tamamilə söküb. Tikilinin 70 ildən çox yaşı var idi.

▪️ Bir gün əvvəl axşam söküntü hazırlıqları barədə xəbər tutan yerli sakinlər məscidin qarşısına toplaşıblar. Dairə administrasiyasının rəhbəri toplaşanlara məscidin yalnız möhürlənəcəyini bildirib.

▪️ Lakin səhər sakinlər binanın tamamilə söküldüyünü görüblər.

▪️ Bütün bunlar Hindistanda islamofobiyanın artdığı bir dövrdə baş verir. Son illərdə hindu millətçiləri tərəfindən müsəlmanlara qarşı hücumlar və digər islamofob hərəkətlər artıb, hakimiyyət isə müsəlmanlara qarşı ayrı-seçkilikdə və məscidlərin sökülməsində ittiham olunur.

#Hindistan #məscid #islamofobiya #müsəlmanlar #Saharanpur
😡1
September 6, 2026 202