Ukrayna Prezident Ofisinin rəhbəri Budanov The New York Times-a… — Alioglu_News🇦🇿 — TG.ME

🇺🇦📰 Ukrayna Prezident Ofisinin rəhbəri Budanov The New York Times-a bildirib ki, Zelenskiyə Donbasla bağlı Rusiyaya ordusunun nəzarətinə keçməyən ərazilərdə öz bayrağını yerləşdirməyə imkan verəcək heç bir razılaşma bağlamamağı tövsiyə edib.

Nəşrin məlumatına görə, 2026-cı ilin əvvəlində Əbu-Dabidə ABŞ-ın vasitəçiliyi ilə keçirilən danışıqlar ilkin 20 bəndlik çərçivə sənədini iki əsas məsələyə qədər daraldıb:

Zaporojye Atom Elektrik Stansiyası və Donbasın Ukraynanın nəzarətində qalan hissəsi - “qismən dağıdılmış dörd orta ölçülü şəhər və geniş kənd təsərrüfatı torpaqları sahəsi” kimi təsvir edilən ərazi.

Təklif olunan variantlar arasında idarəetmənin özəl hərbi şirkətlərə verilməsi, ABŞ-ın dəstəyi ilə “Sülh Şurası”nın yaradılması və ya birgə mülki idarəetmə modeli olub.

Budanov bildirib ki, “müharibənin başa çatmasına gətirib çıxaracaq istənilən addıma hazırdır”, lakin ərazilərin formal şəkildə itirilməsini qəbul etməyə hazır deyil.

The New York Times yazır ki, Budanov danışıqların bu ay bərpa oluna biləcəyini gözləyir, lakin 2027-ci ilin yazınadək atəşkəsə nail olunacağına ümid etmir.

#Ukrayna #Budanov #Zelenski #Donbas #Danışıqlar
September 5, 2026 184 1