Avropada qatar gecikmələri”: Almaniya qatarların gecikməsinə görə… — Alioglu_News🇦🇿 — TG.ME

🚆🇩🇪 “Avropada qatar gecikmələri”: Almaniya qatarların gecikməsinə görə Avropada 1-ci yeri tutub - ölkənin payına ümumilikdə 67 illik gecikmə düşür.

Təkcə bu il sərnişinlər gecikən qatarları gözləməyə ümumilikdə 71,3 milyon dəqiqə sərf ediblər - bu, təxminən 136 illik ümumi gözləmə müddətinə bərabərdir.

Bu gecikmə yarışının əsas “qalibi” isə Almaniya olub. Ölkənin payına qatarların ümumilikdə təxminən 67 illik gecikməsi düşür: 2025-ci ildə qatarların cəmi 58,5%-i vaxtında mənzil başına çatıb.

Digər qütbdə isə müstəsna dəqiqliyi ilə seçilən İsveçrə qərarlaşıb: qatarların 97,8%-i təyinat məntəqəsinə cədvəl üzrə dəqiq vaxtında çatıb.

Bu iki göstəricinin arasında Fransa yer alır. Ölkə reytinqdə 5-ci pillədədir: 2025-ci ildə qatarların 79,7%-i vaxtında çatıb.

Fransa bu göstərici üzrə İtaliyanı - 62% və Almaniyanı nəzərəçarpacaq dərəcədə qabaqlayır.

#Almaniya #Avropa #Qatarlar #Nəqliyyat #İsveçrə
❤1👍1
September 5, 2026 137