Zelenski Rusiyanın hava məkanını daimi risk zonasına çevirmək… — Alioglu_News🇦🇿 — TG.ME

🇺🇦🇷🇺 Zelenski Rusiyanın hava məkanını daimi risk zonasına çevirmək istəyir.

▪️ Zelenski bildirib ki, Ukrayna zərbə PUA-larının daimi iştirakı hesabına Rusiyanın hava məkanının faktiki olaraq bağlanmasına nail olmağı planlaşdırır. O, xüsusi olaraq vurğulayıb ki, Ukrayna sərnişin təyyarələrinə hücum etmək niyyətində deyil. Məqsəd uçuşları o qədər riskli etməkdir ki, Rusiya hava limanları daim “Xalça” planını tətbiq etsin, xarici aviadaşıyıcılar və sığorta şirkətləri isə reyslərdən özləri imtina etməyə başlasınlar. Onun fikri açıqdır: “Dronlarla dolu səma mülki aviasiya üçün yer deyil”.

▪️ Rusiyada bu açıqlama sərt reaksiya doğurub. Putin belə taktikanı “dövlət terrorizmi” adlandırıb, Rusiya aviasiya qurumları isə xarici daşıyıcıları uçuşların təhlükəsiz olduğuna ayrıca inandırmağa başlayıblar. Lakin problem artıq praktikada mövcuddur: PUA hücumları səbəbindən Moskva və regionlardakı hava limanları mütəmadi bağlanır, kütləvi gecikmələr və reyslərin ləğvi baş verir. Mülki aviasiyanın yaxınlığında hava hücumundan müdafiə sistemlərinin işləməsi də əlavə risk yaradır - xüsusilə 2024-cü ilin dekabrında Azerbaijan Airlines təyyarəsinin Rusiya HHM-i tərəfindən vurulması hadisəsindən sonra.

▪️ Avropa və ABŞ aviaşirkətləri üçün nəticələr məhduddur, çünki onların əksəriyyəti onsuz da Rusiya üzərindən uçmur. Təzyiqin əsas hədəfi Türkiyə, Çin və Yaxın Şərq aviadaşıyıcılarıdır. Hazırda Rusiyanın beynəlxalq hava əlaqələrinin əhəmiyyətli hissəsi məhz onların payına düşür. Ukrayna hücumlarının intensivliyi risklər və sığorta xərcləri səbəbindən bu şirkətləri reysləri azaltmağa məcbur edərsə, Kiyev heç bir mülki təyyarəyə birbaşa hücum etmədən Rusiya aviasiyasına zərər vura bilər.

#Ukrayna #Rusiya #Zelenski #PUA #Aviasiya
September 5, 2026 150