Argentina Prezidenti xalqa müraciətində Folklend (Malvin) adalarına… — Alioglu_News🇦🇿 — TG.ME

🇦🇷🇬🇧 Argentina Prezidenti xalqa müraciətində Folklend (Malvin) adalarına iddiasının prinsipial xarakter daşıdığını bildirib və ölkənin müttəfiqlərini Böyük Britaniya ilə mübahisəli olan bu ərazilər üzərində Argentinanın suverenliyini tanımağa çağırıb.

“Bu gün dünya arenasında həlledici ölkəyə çevrilmək üçün lazım olan hər şeyə sahibik. [...] İndi ümid edirik ki, bu gün irəli sürdüyümüz qanuni və dinc iddiamızda müttəfiqlərimiz bizim tərəfimizdə olacaqlar.

Argentinanın dostu olanlardan xahiş edirik ki, suverenliyimiz pozulanda və resurslarımız əlimizdən alınanda üz çevirməsinlər.

Elə məsələlər var ki, onlar istənilən siyasi fikir ayrılığından daha üstündür. Adalar da onlardan biridir.

Buna görə Argentinanın bütün siyasi, iqtisadi və ictimai liderlərini bu tələbi vahid səslə dəstəkləməyə çağırıram. Çünki bu tələb ədalətlidir, çünki bu adalar bizə məxsusdur və onlar əlimizdən alınıb.

Bir xalq olaraq qarşımızda iki yol var: ya suverenliyini həqiqətən müdafiə edə bilən böyük bir ölkəyə çevriləcəyik, ya da bizi qaçılmaz şəkildə tabeçiliyə aparacaq tənəzzül yolunda davam edəcəyik.

Sizi birinci yolu seçməyə çağırıram. Argentinanı yenidən böyük edək”.

#Argentina #Folklend #MalvinAdaları #BöyükBritaniya #Suverenlik
September 5, 2026 103