ABŞ prezidenti Donald Tramp ölkənin ən iri hasid icmalarının… — Alioglu_News🇦🇿 — TG.ME

🇺🇸✡️ ABŞ prezidenti Donald Tramp ölkənin ən iri hasid icmalarının liderləri ilə qapalı görüş keçirib.

▪️ Sentyabrın 3-də Ağ Evdə Donald Trampın nüfuzlu ultraortodoks yəhudi liderlərindən ibarət qrupla qapalı görüşü baş tutub. Yayılan videoda ravvinlərdən və onları müşayiət edən şəxslərdən ibarət nümayəndə heyətinin görüşdən sonra Ağ Evi tərk etdiyi görünür.

▪️ Görüş iştirakçıları arasında ən böyük hasid icmalarının rəhbərləri - Satmar, Bobov, Vijnits və Skver nümayəndələri, həmçinin iri Litva yeşivası olan Bet-Midraş-Qovoanın rəhbəri Malkiel Kotler də olub. Xüsusilə Satmarın iki qolunun liderlərinin iştirakı diqqət çəkib. Satmar ən böyük ultraortodoks cərəyanlardan biridir və prinsipial şəkildə sionizmi, eləcə də İsrail dövlətinin dini legitimliyini rədd edir.

▪️ Yəhudi və İsrail mediasının məlumatına görə, əsas mövzulardan biri yeşiva tələbələrinin İsrail Ordusuna (SAXAL) çağırılması ətrafında yaranmış mübahisə olub. Satmar liderləri bu məsələdə Trampın müdaxiləsinə nail olmağa ümid ediblər. Bundan başqa, Nyu-York hakimiyyətinin təhsil proqramlarına dair tələblər səbəbindən ultraortodoks məktəblərə göstərdiyi təzyiq də müzakirə edilib.

▪️ Görüş dəvət olunanların tərkibi baxımından da diqqət çəkib. ABŞ prezidentinə birbaşa çıxış imkanını əsasən ortodoks və hasid düşərgəsinin nümayəndələri əldə ediblər, ənənəvi iri İsrailyönlü yəhudi təşkilatları isə görüşdə demək olar ki, təmsil olunmayıb.

Görüşün təşkilinə ABŞ prezidentinin xüsusi köməkçisi və Ağ Evin yəhudi icması ilə əlaqələr üzrə direktoru Martin Marks cavabdeh olub.

#Tramp #ABŞ #Yəhudilər #Hasidlər #AğEv
September 5, 2026 103