İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəqai amerikalılara müraciət… — Alioglu_News🇦🇿 — TG.ME

🇮🇷🇺🇸 İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəqai amerikalılara müraciət edərək heç kimin onları top yeminə çevirməsinə icazə verməməyə çağırıb.

“Amerikalılar, özünüzə bu sualı verin: oğullarınız və qızlarınız nə üçün İsrailin davam etdirmək və miqyasını böyütmək istədiyi bir müharibədə iştirak etmək və həlak olmaq müqabilində borclarının silinməsinə razı olmalıdırlar?

“The Jerusalem Post” qəzetindəki müəllif yazılarının birində açıq şəkildə məhz bu təklif irəli sürülüb: amerikalıları İrana qarşı müharibəyə cəlb etmək üçün tələbə kreditləri və kredit kartı borclarının silinməsindən istifadə edilməsi təşviq olunur.

Sizin həyatınız. Sizin vergiləriniz. Özgəsinin müharibəsi.

Heç kimin sizi top yeminə çevirməsinə - və eyni zamanda heç vaxt seçmədiyiniz bir müharibənin xərclərini sizə ödətdirməsinə icazə verməyin.

Heç kimin övladlarınızı özlərinin qanunsuz “şəxsi seçim müharibəsi” üçün muzdlulara çevirməsinə imkan verməyin”, - deyə İran XİN nümayəndəsi bildirib.

#İran #ABŞ #İsrail #Bəqai #Müharibə
September 5, 2026 147