ABŞ prezidenti Donald Trampın əsas müşavirləri, o cümlədən… — Alioglu_News🇦🇿 — TG.ME

🇺🇸🇮🇷 ABŞ prezidenti Donald Trampın əsas müşavirləri, o cümlədən vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubio “Respublikaçılar Partiyasının itkilərini məhdudlaşdırmaq ümidi ilə İranla münaqişənin noyabrın 3-də keçiriləcək aralıq seçkilərədək eskalasiyasının qarşısını almağa çalışırlar”.

Reuters-in məlumatına görə, ABŞ administrasiyası hazırda əsas diqqəti sanksiyalara, iqtisadi təzyiqə və Hörmüz boğazı ətrafındakı blokadaya yönəltmək istəyir. Məqsəd gələcək mümkün danışıqlarda İranı güzəştlərə “məcbur etmək”dir.

Atəşkəs eyni zamanda ABŞ Silahlı Qüvvələrinə əhəmiyyətli dərəcədə azalmış sursat ehtiyatlarını yenidən doldurmağa imkan verə bilər.

Bu arada The Wall Street Journal yazır ki, Donald Tramp qapalı müzakirələrdə İranla müharibənin başa çatdığını elan etmək imkanını nəzərdən keçirir və bu varianta meyllənir.

O, köməkçilərinə bildirib ki, “iqtisadi təzyiqin davam etdirilməsi sonda İranı nüvə proqramından imtina etməyə məcbur edə və ya ölkənin süqutuna gətirib çıxara bilər”.

#ABŞ #İran #DonaldTramp #Hörmüz #Siyasət
September 4, 2026 116