Saratov yaxınlığında Ukrayna Təhlükəsizlik Xidmətinin “Oxmatdet”… — Alioglu_News🇦🇿 — TG.ME

🇷🇺🇺🇦 Saratov yaxınlığında Ukrayna Təhlükəsizlik Xidmətinin “Oxmatdet” xəstəxanasına zərbə endirməkdə ittiham etdiyi rusiyalı generala sui-qəsd edilib

▪️Saratov vilayətinin Probujdeniye qəsəbəsində motosiklet sürən naməlum şəxs Rusiyanın 22-ci ağır bombardmançı aviasiya diviziyasının komandiri, general-mayor Nikolay Varpaxoviçə atəş açıb. Güllələrdən biri onun üzünə, digəri isə bədəninə dəyib. Varpaxoviç sağ qalıb və xəstəxanaya yerləşdirilib. Onun sürücüsü də yaralanıb.

▪️Bundan üç gün əvvəl Ukrayna Təhlükəsizlik Xidməti Varpaxoviçə 8 iyul 2024-cü ildə Kiyevdəki “Oxmatdet” uşaq xəstəxanasına endirilən Rusiya raket zərbəsi ilə bağlı şübhə elan edib. Ukrayna xüsusi xidməti hesab edir ki, zərbə əmri məhz onun tərəfindən verilib. O, həmçinin Odessada səkkiz nəfərin həlak olduğu yaşayış binasına zərbədə iştirak etməkdə ittiham olunur.

▪️Bu, son iki gündə Rusiya hərbçiləri ilə bağlı baş verən ikinci belə hadisədir. Bir gün əvvəl Sevastopolda avtomobildə partlayıcı qurğu işə düşüb və nəticədə sürücü xəsarət alıb.

#Rusiya #Ukrayna #Saratov #Varpaxoviç #Təhlükəsizlik
September 4, 2026 91