ABŞ-də çiy sarımsağa maraq artıb - onu gənclik və sağlamlıq üçün… — Alioglu_News🇦🇿 — TG.ME

🧄🇺🇸 ABŞ-də çiy sarımsağa maraq artıb - onu gənclik və sağlamlıq üçün “əsas biohak” adlandırırlar.

59 yaşlı fitnes-influenser və anti-age məşqçisi Brandao bildirib ki, hər səhər bir diş əzilmiş çiy sarımsağı bir qaşıq balla yeyir.

Onun sözlərinə görə, bu vərdiş enerjisini qorumağa və daha gənc görünməyə kömək edir. Sarımsağın digər tərəfdarları isə onun həzmi, immuniteti və qan dövranını yaxşılaşdırdığını deyirlər.

Sarımsağın faydalı xüsusiyyətlərinin bir qismi elmi araşdırmalarla təsdiqlənsə də, alimlər onu “möcüzəvi vasitə” hesab etmirlər.

108 araşdırmanı əhatə edən meta-analiz böyüklərdə, xüsusilə ürək-damar xəstəlikləri riski yüksək olan insanlarda qan təzyiqi, xolesterin və qan şəkərinin səviyyəsində cüzi azalma olduğunu göstərib.

Bununla yanaşı, ayrı-ayrı araşdırmalarda sarımsağın xolesterin səviyyəsinə əhəmiyyətli təsiri müəyyən edilməyib.

#ABŞ #Sarımsaq #Sağlamlıq #Qidalanma #Biohak
September 3, 2026 232